...

Azərbaycan Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 27 İyun 2017 12:30 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Varşavada rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Varşavada rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidentinin sarayına gəldi.

Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Polşanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Andjey Dudaya təqdim olundu.

Azərbaycanın və Polşanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezident İlham Əliyev Polşa əsgərlərini salamladı.

Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçdilər.

Prezidentlər birgə foto çəkdirdilər.

Azərbaycan Prezidenti İlham Əliyev Polşada akkreditə olunan diplomatik korpusun təmsilçiləri və Varşava Şəhər Şurasının üzvləri ilə görüşdü.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti