...

Səfir: Hurqadada turistlərə hücumun baş verdiyi oteldə azərbaycanlılar olmayıb

Siyasət Materials 14 İyul 2017 23:55 (UTC +04:00)
Misirin Hurqada şəhərində turistlərə hücum baş verən "Sunny Days" otelində Azərbaycan vətəndaşları olmayıb
Səfir: Hurqadada turistlərə hücumun baş verdiyi oteldə azərbaycanlılar olmayıb

Bakı. Səba Ağayeva - Trend:

Misirin Hurqada şəhərində turistlərə hücum baş verən "Sunny Days" otelində Azərbaycan vətəndaşları olmayıb. Bunu Trend-ə Azərbaycanın Misirdəki səfiri Tural Rzayev deyib.

Onun sözlərinə görə, Hurqdada turistlərə hücumla bağlı məlumatarın yayəlmasından dərhal sonra ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını dəqiqləşdirmək üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayıb.

Səfir qeyd edib ki, yerli hakimiyyət orqanlarından alınan ilkin məlumata əsasən, ölənlər ya yaralananlar arasında azərbaycanlılar olmayıb.

Qeyd edək ki, Misirin Hurqada şəhərində "Sunny days" hotelində bir nəfər bıçaqla turistlərə hücum edib. Hücum nəticəsində 2 Almaniya vətəndaşı həlak olub və 4 Çexiya, Rusiya və Ermənistan vətəndaşı yaralanıb.

Səfir deyib ki , səfirlik Misirə gələn soydaşlarımızı ehtiyatlı olmağa və hər hansı hadisə baş verdikdə səfirliyə müraciət etməyə çağırır.

Tural Rzayev əlavə edib ki, səfirlik vətəndaşlara lazımi yardım göstərməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti