...

Deputat: Bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyi ilə maraqlanın və işğal olunmuş ərazilərlə bağlı mövqe ortaya qoyun

Siyasət Materials 6 Sentyabr 2017 16:30 (UTC +04:00)
OCCRP adlanan qurumun “hesabat”ı Azərbaycana qarşı xüsusi sifarişli bir qarayaxma kampaniyasıdır.
Deputat: Bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyi ilə maraqlanın və işğal olunmuş ərazilərlə bağlı mövqe ortaya qoyun

Bakı. Elçin Mehdiyev - Trend:

OCCRP adlanan qurumun “hesabat”ı Azərbaycana qarşı xüsusi sifarişli qarayaxma kampaniyasıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

Onun sözlərinə görə, bu kampaniyanın məqsədi Azərbaycanın müstəqil siyasətinə təsir göstərməkdir: “Bu gün dünyada çox ciddi layihələr müzakirə olunur və burada Azərbaycanın da böyük rolu var. Ona görə də OCCRP adlanan qurumun “hesabat”ı Azərbaycana qarşı xüsusi düşünülmüş və müxtəlif mərkəzlər tərəfindən həyata keçirilən təxribatın bir hissəsidir. Bu cür təxribatlar hələ davam edəcək. Ona görə də onlara cavab vermək və bütün dünyaya bildirmək lazımdır ki, bu, xüsusi dairələrin Azərbaycana qarşı apardığı böhtan kampaniyasıdır və dövlətimizin imicinə zərər gətirmək məqsədi güdür”.

Deputat hesab edir ki, bu cür çirkin kampaniyalarla Azərbaycanı öz yolundan döndərmək mümkün deyil: “Azərbaycan hüquqi, demokratik dövlətdir, özünün müstəqil siyasətini həyata keçirir və hansısa dairələrin xoşuna gəlməməsindən asılı olmayaraq Azərbaycanın milli maraqları dövlət tərəfindən qorunacaq və gerçəkləşdiriləcək”.

Deputat bildirib ki, Azərbaycanın qaçqın və məcburi köçkünləri də bu kampaniyalardan çox hiddətlənir: “Bizim qaçqın və məcburi köçkünlər Avropanın müvafiq qurumlarına müraciət edəcək ki, bu dairələri susdurun və bir milyondan artıq qaçqın və məcburi köçkünün acı taleyi ilə maraqlanın və Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı mövqe ortalığa qoyun. Nəyə görə faşist siyasəti həyata keçirən işğalçı Ermənistan haqqında bir şey deyilmir? Bax buna cavab versinlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti