Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Sentyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib. Dövlətimizin başçısı Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda görülən işlərlə də tanış olub.

İqtisadiyyat naziri Şahin Mustafayev görülən işlərlə bağlı dövlətimizin başçına ətraflı məlumat verdi.

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə mühüm işlər görülür.

Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir. Həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, ölkəmizdə yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan sənaye müəssisələrində tullantıların təkrar emalı kimi yeni sahələr inkişaf etdirilməklə, xammal idxalından asılılıq azaldılır, resurslara və enerjiyə qənaət olunur ki, bu da ölkədə “yaşıl iqtisadiyyat”ın yüksəlişinə geniş imkan yaradır.

Qeyd edək ki, təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə Prezident İlham Əliyevin 2011-ci il dekabrın 28-də imzaladığı Sərəncam ilə Balaxanı Sənaye Parkı yaradılıb. Sərəncamla İqtisadiyyat Nazirliyinin “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Balaxanı Sənaye Parkının idarəedici təşkilatı təyin edilib və Parkın yaradılması üçün Balaxanı qəsəbəsində 7 hektar torpaq sahəsi ayrılıb. Balaxanı Sənaye Parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir.

Həmçinin Balaxanı Sənaye Parkının rezidentlərinə, digər sənaye parklarının rezidentləri kimi dövlət tərəfindən bir sıra güzəştlər edilib. Belə ki, rezidentlər 7 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad olunur, sənaye parkında istehsal sahəsinin qurulması və məhsul istehsalı məqsədilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğular ƏDV-dən və idxal rüsumundan azad edilir. Balaxanı Sənaye Parkının ərazisində infrastruktur obyektlərinin qurulması və rezidentlərin tələblərinə uyğunlaşdırılmış istehsalat binalarının tikintisi dövlət vəsaiti hesabına həyata keçirilib. Bundan başqa, Balaxanı Sənaye Parkında rezidentlər üçün xarici və daxili infrastruktur qurulub, yol salınıb, əraziyə elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri çəkilib, lazımi kommunikasiya sistemi yaradılıb, istehsal sahələri, ofis və əməliyyat binası tikilib. Artıq ümumi sahəsi 12 min kvadratmetr olan anqar tipli 15 istehsalat binası rezidentlərin istifadəsi üçün tam hazırdır. Sənaye Parkının Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonuna, tullantıların çeşidlənməsi və yandırılması zavodlarına, o cümlədən əsas nəqliyyat qovşağına yaxın olması, logistika, xammal və enerji təchizatına, eləcə də istehsal olunmuş məhsulun asanlıqla satış bazarına çıxarılmasına əlverişli imkan yaradır. Hazırda Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə qeydiyyata alınan 5 rezident tərəfindən 23 milyon manat investisiya yatırılıb.

Balaxanı Sənaye Parkında ilkin mərhələdə ümumilikdə 400-ə yaxın daimi iş yeri yaradılacaq.

Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı Balaxanı Sənaye Parkında yaradılan müəssisələrlə yaxından tanış oldu. Sənaye Parkın rezidentlərindən biri “Az.Ekol.” MMC-dir. Müəssisə plastik-PET butulkaların təkrar emalından plastik qırıntıların istehsalı üzrə fəaliyyət göstərəcək. Layihənin ümumi investisiya məbləği 1,5 milyon manatdır. Müəssisənin illik istehsal gücü 1500 tondur. İstehsal sahəsində 30-dan çox daimi iş yeri açılacaq. İstehsal prosesi zamanı plastik butulkalardan alınacaq yüksək keyfiyyətli plastik qırıntıların xarici ölkələrə ixracı nəzərdə tutulur. Gələcəkdə qırıntılardan son məhsul olan plastik ipliyin istehsalı da planlaşdırılır.

Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılıb. Bu sahəyə yönəldilən investisiyalar keyfiyyətli yerli məhsulların istehsalının genişləndirilməsinə hərtərəfli təkan verir. “Az.Ekol.”müəssisənin yaradılması da məhz rəqabətədavamlı və müasir standartlara cavab verən bu sahənin inkişafına mühüm töhfə hesab oluna bilər. Belə layihələrin reallaşması dövlətimizin başçısının verdiyi tapşırıqların icrasının uğurlu və davamlı xarakter daşıdığını nümayiş etdirir.

Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının digər rezidenti -“Ekokat” MMC-nin fəaliyyəti ilə də tanış oldu. Müəssisə işlənmiş mühərrik yağlarının emalı üzrə fəaliyyət göstərəcək. İnvestisiya qoyuluşu 1 milyon manat təşkil edən müəssisənin illik istehsal gücü 3000 tondur. Rezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 200 min manat məbləğində güzəştli kredit vəsaiti verilib. Bu güzətli kredit hesabına Türkiyə və Çindən emal avadanlıqları alınıb. Artıq rezident tərəfindən işlənmiş mühərrik yağlarının toplanması və tədarükü üçün müqavilələrin bağlanmasına başlanılıb. Yeni yaradılan müəssisədə işlənmiş mühərrik yağlarının texnoloji və kimyəvi proseslərdən keçirməklə təkrar emalından 88 faiz həcmdə yenidən istifadəyə yararlı mühərrik yağları istehsal etmək mümkündür. Bu yağlar iri tutumlu nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının mühərriklərində istifadə üçün bütün standartlara cavab verəcək. İstehsal prosesi zamanı baza yağları ilə yanaşı, dizel yanacağı da əldə olunacaq ki, bu da istehsalın yanacağa olan tələbatının ödənilməsinə yönəldiləcək. Qalan neft qalıqları isə asfalt, ruberoid və s. istehsalında bitum əvəzedicisi kimi istifadə oluna bilər. Bundan başqa, ölkəmizdə ildən-ilə sürətlə artan avtomobil və digər texnikalarda istifadə olunmuş mühərrik və ya sürtkü yağlarının təkrar emalı bu yağların kənara atılaraq ətraf mühiti çirkləndirməsinin qarşısını alacaq.

Balaxanı Sənaye Parkınınn daha bir rezidenti isə fərdi sahibkar Etibar Eminovun “Çapar” poliqrafiya müəssisədir. Prezident müəssisə ilə yaxından tanış oldu. Bildirildi ki, burada tullantı kağızlardan istifadə olunmaqla çap-poliqrafiya məhsulları istehsal ediləcək. Müəssisənin ümumi investisiya məbləği 1 milyon manatdır, illik istehsal gücü 348 tondur. Artıq müəssisə sifarişlər də qəbul etməyə başlayıb.

Dövlətimizin başçısı Balaxanı Sənaye Parkının daha bir rezidenti - “METAK” MMC-nin müəssisəsinin fəaliyyəti ilə də tanış oldu. Müəssisə tullantı-plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı ilə məşğul olacaq. Ümumi investisiya dəyəri 17 milyon manat olan “METAK” MMC-nin bu layihəsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan 1,2 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. Güzəştli kredit vəsaiti hesabına Avropa, Türkiyə və Çindən alınmış istehsal xətləri Sənaye Parkında quraşdırılıb. Müəssisənin illik istehsal gücü 12 min tondur. Burada 140-dan çox daimi iş yeri açılacaq.

Balaxanı Sənaye Parkının rezidentlərindən biri olan olan “FORİELLA” MMC isə süngər tullantılarının təkrar emalı və mebel istehsalı üzrə fəaliyyət göstərəcək. Ümumi investisiya məbləği 3,5 milyon manat olan müəssisənin yaradılmasına da dövlət tərəfindən dəstək verilib. Belə ki, bu müəssisəyə Sahibkarlığa Kömək Milli Fondundan 2 milyon manat güzəştli kredit ayrılıb. Müəssisənin illik istehsal gücü 3 min dəst qonaq, yataq, mətbəx mebelləri, 100 min ədəd stul, 10 min masa təşkil edir. Müəssisədə 150 nəfər daimi işlə təmin olunacaq.

Sahibkarların marağını nəzərə alaraq, Balaxanı Sənaye Parkının fəaliyyətinin genişləndirilməsi işləri davam etdirilir. Artıq polietilen və polipropilen tullantılarının, kartriclərin təkrar emalı, polietilen tullantılarının təkrar emalından yapışqan lent istehsalı, qida yağlarının təkrar emalı nəticəsində biodizel, taxta tullantıların emalından kömür, qida tullantılarından gübrə və yem, kağız tullantılarından meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə sahibkarlar Balaxanı Sənaye Parkında fəaliyyət göstərmək üçün müraciət ediblər.

Sonra xatirə şəkli çəkdirildi.

X X X

Daha sonra Prezident İlham Əliyev Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış oldu.

Qeyd edək ki, ötən əsrin 60-cı illərindən fəaliyyət göstərən Balaxanı poliqonu 2009-cu ildə İqtisadiyyat Nazirliyinin “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin balansına verilib. 120 hektar sahəsi olan poliqonda tullantıların düzgün yerləşdirilməsi nəticəsində ərazidə mütəmadi baş verən yanğınların mənbəyi aşkarlanıb və qısa müddətdə qarşısı alınıb. Poliqonun ərazisində təhlükəsizliyi təmin etmək məqsədilə mühafizə sistemi qurulub, poliqonda torpaqlama, hamarlama işləri aparılıb, ətraf ərazilərdə yaşıllıqlar salınaraq poliqonun görünüşü tamamilə dəyişib. Dünya Bankı ilə birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində Balaxanı ploqonunda tullantıların beynəlxalq standartlara uygun düzgün yerləşdirilməsi və basdırılması təmin edilib. Poliqona gətirilən bərk məişət tullantıları beynəlxalq sanitar normalara uyğun olaraq, xüsusi hücrələrə yerləşdirilir və hücrə dolduqdan sonra tullantıları ətraf mühitdən təcrid etmək məqsədilə tullantılar geomembran və geotekstil qatlarla örtülür, üzərinə vegetativ torpaq səpilərək yaşıllıqlar yaradılır. Tullantılardan ayrılan çirkab sular xüsusi süzgəclər vasitəsilə texniki suya çevrilərək suvarma işləri üçün istifadə edilir. Üzvi tullantıların çürüməsi nəticəsində əmələ gələn bioqazlardan isə xüsusi generator vasitəsilə ildə 2 MVt/saat elektrik enerjisi əldə olunur.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçlığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q-Gallery” İncəsənət qaleriyasının dəstəyi ilə 2012-ci ildən bəri hər il Qala qəsəbəsində “Tullantıdan sənətə” adlı beynəlxalq sərgilər təşkil edilir. Bu günə qədər keçirilən 5 sərgidə 30 ölkədən 100-dən artıq sənətkar işitrak edib.

Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna tullantı gətirən nəqliyyat vasitələri tullantıları boşaltdıqdan sonra yuyulur və dezinfeksiya edilir. 4 kabinədən ibarət olan yuma və dezinfeksiya məntəqəsi beynəlxalq standartlara uyğun qurulub və gün ərzində 400-dən çox maşına xidmət göstərmək gücünə malikdir. “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi uğurlu icraya görə Dünya Bankının xüsusi mükafatına layiq görülüb.

SOCAR pandemiyaya görə işsiz qalan əməkdaşlarını intensiv təlimlərə cəlb etməyə başlayıb
SOCAR pandemiyaya görə işsiz qalan əməkdaşlarını intensiv təlimlərə cəlb etməyə başlayıb
Belarusa Azərbaycan neftini daşıyan növbəti tanker Supsa limanından yola düşüb
Belarusa Azərbaycan neftini daşıyan növbəti tanker Supsa limanından yola düşüb
Dövlət katibi: Bərpa olunan enerji mənbələri sektoru həm Rumıniya, həm də Azərbaycan üçün xüsusi maraq kəsb edir
Dövlət katibi: Bərpa olunan enerji mənbələri sektoru həm Rumıniya, həm də Azərbaycan üçün xüsusi maraq kəsb edir
Loading Bars
Xəbər lenti
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 109 mənzil təqdim edildi (FOTO)
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı
Premium markalı yanacağın qiyməti qalxdı - SƏBƏB
Türkiyədə virusun suda insandan-insana keçməsinin qarşısını almaq məqsədilə qadağalar tətbiq olunur
Donald Trampın seçki qərargahı Nevada ştat rəhbərliyini məhkəməyə verib
Maskotlar vətəndaşları məlumatlandıracaq (FOTO)
Şotlandiyanın iri şəhərində yenidən sərt karantin rejimi tətbiq edilib
“Porsche” 400-dən çox avtomobili geri çağırır
Azərbaycan səfiri İtaliya mətbuatında erməni yalanlarını ifşa edib
ABŞ-da son sutkada 57 mindən çox yoluxma qeydə alınıb
Avqustun 6-da dolların manata qarşı məzənnəsi
“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib (FOTO/VİDEO)
Hövsanda xüsusi oksigen generatoru olan modul tipli xəstəxana istifadəyə verildi (FOTO)
Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə statistikanı açıqlayıb
Rusiyada koronavirusun ikinci dalğasının başlayacağı vaxt proqnozlaşdırılıb
Dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib
Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
Banqladeşdə sərnişin qayığı batıb - 17 ölü
Bakıdakı COVİD-19 xəstəxanalarında doluluq səviyyəsi 30-35 faizə enib - TƏBİB
Qəbələdə çayların yaxınlığına atılan tullantıya görə bələdiyyə sədri cərimələndi
PAŞA Sığortadan könüllü əmlak sığortasını hissəvi ödənişlə əldə etmək imkanı!
Ramin Bayramlı: Ölkəmizdəki tibbi personalın sayı yetərlidir
Eyfel qülləsinin işıqları Livan üçün söndürüləcək
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub (FOTO)
Azad Rəhimov: Çox istərdik ki, idman kompleksləri yenidən idman fəaliyyətinə qayıtsın
İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiq edildi
Xudatda xüsusi karantin rejimini pozanlar cərimələniblər (FOTO)
AQTA 78 obyektdə qayda pozuntusu aşkarladı
Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı, 3 nəfər öldü
Kalmıkiyanın rəhbəri koronavirusa yoluxub
1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşların xidmətindədir
Ramin Bayramlı koronavirusun payız aylarında yarada biləcəyi problemlərdən danışdı
DSX: Külli miqdarda narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb (FOTO)
Prezident İlham Əliyev Livanın dövlət başçısına başsağlığı verib
Ramin Bayramlı: Azərbaycanda koronavirusla bağlı 5 modul xəstəxanadan istifadə olunur
Ramin Bayramlı: COVİD-19 xəstələri üçün ayrılmış xəstəxanaların sayı 46-ya çatdırılıb
İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi dəyişdirilir
Abşeron Olimpiya İdman Kompleksi müvəqqəti olaraq modul xəstəxanaya çevrildi (FOTO)
uBankdan yeni imkan: Sizə “Contact” ilə göndərilən pulu banka getmədən alın!
Livanda partlayış nəticəsində Niderland səfirinin həyat yoldaşı ağır yaralanıb
Təhsil Nazirliyindən yeni dərs ili ilə bağlı AÇIQLAMA
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub (FOTO/VİDEO)
Bu ilin birinci yarımilində 13 min 310 cinayət qeydə alınıb (FOTO/VİDEO)
Vaqif Mustafayev: İnsanlar karantinin yumşaldılmasını arzuladıqları kimi, sağ qalmalarını da istəməlidirlər
Bakıda onlayn yolla narkotik vasitələrin alqı-satqısını həyata keçirən şəxs saxlanılıb (FOTO/VİDEO)
Karantinin yumşaldılmasından sonra əhali çimərliklərə üz tutur - Pirşağı çimərliyindən FOTOREPORTAJ
Baş Prokurorluq generalın oğluna yüksək vəzifə verilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib
Naqif Həmzəyev: Meşə tipli parkın salınması gələcək nəslə töhfədir
AQTA sədrinə yeni müavin təyin olunub
KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir (FOTO)
İranda daha 2697 nәfәr koronavirusa yoluxub, 185 nәfәr ölüb
Piter Teys: Ermənistanda Soros Fondunun mənzil-qərargahının açılması Qafqaz regionu üçün real təhdiddir
Abşeron dairəvi dəmir yolu xətti üzrə ən çox sərnişin fevralda daşınıb - RƏSMİ
İsrail qəzeti Azərbaycan cəmiyyətində tolerantlıq və multikulturalizm ənənələrindən yazıb
Koronavirusla mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə iyun üzrə 18 milyon manat müddətli əlavə ödənilib
Evi tərk edən 10 koronavirus xəstəsi məsuliyyətə cəlb edilib (FOTO)
Alimlər İngiltərədə daha güclü ikinci COVID dalğası barədə xəbərdarlıq edirlər
Baş Prokurorluğun struktur qurumlarının sayı 15-dən 18-ə çatdırılıb (FOTO)
Qoşunlarda yay tədris dövrü başlayıb (FOTO)
Sabah Bakıda 30, rayonlarda 35 dərəcə isti olacaq
Haaqada Xocalı abidəsinin yeri dəyişdirilib və ətrafı abadlaşdırılıb
Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
Sərt karantinin tətbiq edildiyi şəhər və rayonlarda məhkəmələrin keçirilməsi qaydaları açıqlanıb
Azərbaycan nefti bahalaşır
Sosial təminat və müdafiə ilə bağlı xərclərə dəyişiklik təsdiq edildi
“Daha Yaxşı Dünya Üçün” Beynəlxalq Gənclər Konfransı keçiriləcək
“AccessBank”ın debit kartları 50% endirimlə!
AQTA koronavirusla bağlı ictimai iaşə müəssisələrinə çağırış etdi - FOTO
54.8 milyon manatlıq saxta və əsassız pensiya işləri ləğv edilib - Nazir
Sahil Babayev: Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub
İqtisadiyyat Nazirliyi koronavirusla əlaqədar bəzi dərmanların qiymətinin artmasına münasibət bildirib (ÖZƏL)
Siyavuş Novruzov "Milli Şura"dan danışdı: Onlar insanların taleyini düşünmür
Ağdaşda qaydaları pozan 17 velosipedçi cərimə olunub
SOCAR pandemiyaya görə işsiz qalan əməkdaşlarını intensiv təlimlərə cəlb etməyə başlayıb
FHN çimərliklərdən istifadəyə dair əhaliyə müraciət etdi (VİDEO)
2020-ci il dövlət büdcəsinə dəyişiklik birinci oxunuşda qəbul edildi
Rusiyada hərbi təlimlər zamanı körpü çökdü - Onlarla yaralı var
Milli Məclisdə məktəblərlə bağlı məsələ müzakirə olunub
Komitə sədri: Dövlət tərəfindən insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün kifayət qədər işlər görülüb
Hannoverdə Azərbaycan ordusuna dəstək mitinqi keçirilib
Abşeron rayonunda 23 küçə və yol təmir edilir (FOTO)
Rusiyada son sutkada 139 nəfər koronavirusun qurbanı olub
Samir Şərifov: Dövlət Neft Fondunun gəlirlərinin də azalması proqnozlaşdırlır
Bu şəxslərə 250 manat birdəfəlik yardım veriləcək - RƏSMİ
Büdcə gəlirlərində ümumi azalmalar 890 milyon manat məbləğində dəyərləndirilir - Nazir
Gəncədə karantin rejimini pozan çayxanalar aşkarlanıb (FOTO)
Növbəti 6 ay ərzində neftin qiymətinin 35 dollar həcmində olması proqnozlaşdırılır - Nazir
Sahibkarlığın İnkişaf Fondu və Bank Respublika subsidiyalı kreditlərin verilməsinə start verib
Samir Şərifov: 6 ayın nəticələrinə əsasən dövlət büdcəsinin xərcləri 107 milyon manat artıq icra olunub
Bakıda evdən 1 milyon manatlıq oğurluq olub
Yasamalda avtomobil yollarının yenidən qurulmasına 2,65 milyon manat ayrılıb
Komitə sədri: Son iki ayın təhlilləri göstərir ki, kifayət qədər ehtiyatlı olmalıyıq
Çimərlik mövsümünün ilk günündən FOTOREPORTAJ
ADU-nun Konfutsi İnstitutu "Koronavirus pandemiyasının psixoloji çağırışları" müsabiqəsi keçirir
Milli Məclisdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib (ƏLAVƏ OLUNUB) (FOTO)
Zaqatalada qadının çantasından qızıl və pul oğurlayan şəxs saxlanılıb
Ermənistanda daha 288 nəfər koronavirusa yoluxub
Avstraliyada ştatlar arasında sərhədlər bağlanır
Livanda partlayışda həlak olanların sayı 100 nəfəri keçib
DİM qəbul imtahanının ikinci mərhələsinə hazırlaşanlara müraciət edib
Bütün xəbərlər