Bakı. Trend:
Oktyabrın 8-i Gürcüstanda GUAM-ın yaradılmasının 20-ci ildönümünə həsr olunan təşkilata üzv ölkələrin XİN rəhbərlərinin xüsusi iclası keçirilib.
Trend-in Gürcüstan XİN "Twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, iclasda Gürcüstan, Azərbaycan, Ukrayna və Moldova XİN rəhbərləri, həmçinin təşkilatın baş katibi Altay Əfəndiyev iştirak ediblər.