AŞ PA yeni sədrini seçdi - Stella Kiriakides

Siyasət Xəbər 10 Oktyabr 2017 17:42 (UTC +04:00)

Bakı. Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni sədri seçilib.

Trend-in məlumatına görə, bu vəzifəyə Stella Kiriakides seçilib.

AŞ PA-nın qaydalarına uyğun olaraq yeni sədr oktyabrın 10-da Strasburqda payız sessiyasında gizli səsvermə yolu ilə seçilib.

Qeyd edək ki, AŞ PA sədri Pedro Aqramunt oktyabrın 6-da istefa verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti