Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisin bu gün keçirilən iclasında 3 məsələnin müzakirəsi təxirə salınıb.
Trend-in məlumatına görə, Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, gündəliyin 18, 19 və 20-ci məsələlərinin müzakirəsi müəyyən səbəblərdən təxirə salınıb.
Qeyd edək ki, bu məsələlər Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi ilə bağlıdır.