...

Amerikalı ekspert: Bakı-Tbilisi-Qars dəmir yolu bir çox ölkə üçün faydalı layihədir

Siyasət Materials 31 Oktyabr 2017 11:32 (UTC +04:00)
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu bir çox ölkə üçün faydalı layihədir.
Amerikalı ekspert: Bakı-Tbilisi-Qars dəmir yolu bir çox ölkə üçün faydalı layihədir

Bakı. Ləman Zeynalova - Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu bir çox ölkə üçün faydalı layihədir.

Bunu Trend-ə Mərkəzi Asiya üzrə ekspert Brüs Panyer deyib.

Onun sözlərinə görə, bu dəmir yolu təkcə Şərqlə (Çin və Mərkəzi Asiya) Qərbi (Avropa) yox, həm də Şimalla (Rusiya) Cənubu (İran və Fars körfəzi) birləşdirəcək: “Beləliklə də, onlarla ölkə BTQ dəmir yolunun işə düşməsindən xeyir götürəcək”.

Ekspert vurğulayıb ki, BTQ sayəsində Azərbaycan, Gürcüstan və Türkiyə onlarla ölkədən məhsulları ixrac və idxal edə bilər.

B.Panyer əlavə edib: “Bu layihənin həyata keçirilməsi ilə Azərbaycan ilk növbədə yeni ixrac marşrutu əldə edəcək, ikincisi isə tranzit ölkə qismində möhkəmlənəcək”.

Qeyd edək ki, oktyabrın 30-da BTQ dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistanın nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti