...

Siyavuş Novruzov Azərbaycanda yeni məktəblərin açılmasını təklif edir

Siyasət Materials 21 Noyabr 2017 16:14 (UTC +04:00)
Azərbaycan rayonlarında yeni özəl məktəb və bağçaların yaradılması təklif edilir.
Siyavuş Novruzov Azərbaycanda yeni məktəblərin açılmasını təklif edir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan rayonlarında yeni özəl məktəb və bağçaların yaradılması təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov çıxış edib.

O qeyd edib ki, rayonda bəzi insanlar övladlarına daha yüksək təhsil vermək üçün Bakıya üz tuturlar: “Hesab edirəm ki, rayonlarda da yüksək təhsil verən özəl məktəblərin açılması məqsədəuyğundur. Rayonlarda ingilis və digər təmayüllü özəl məktəblər açılsın ki, insanlar keyfiyyətli təhsil üçün Bakıya gəlməsinlər”.

Deputat bildirib ki, bu cür məktəblərin açılması müəllimlərin də yaxşı əməkhaqqı almasına təsir edər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti