...

Azərbaycanla Benilüks arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında saziş imzalanıb (FOTO)

Siyasət Materials 23 Noyabr 2017 15:54 (UTC +04:00)
“Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” imzalanıb.
Azərbaycanla Benilüks arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında saziş imzalanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Belçikaya işgüzar səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” imzalanıb.

Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, saziş Benilüks ölkələrinin Brüsseldə yerləşən Baş Katibliyinin binasında, Azərbaycan tərəfindən səfir Fuad İsgəndərov, Niderlandın Belçikadakı səfiri Maryem Van den Heuvel, Belçika tərəfindən bu ölkənin Avropa İttifaqı yanında daimi nümayəndəsi Fransua Ru, Lüksemburq Böyük Hersoqluğu tərəfindən Lüksemburq Böyük Hersoqluğunun Avropa İttifaqı yanında daimi nümayəndəsi Jorj Friden tərəfindən imzalanıb.

Sənədin imzalanması minlərlə xidməti pasport sahiblərinin bu ölkələrin ərazilərinə vizasız gediş-gəlişi üçün imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti