...

Qroznıda Heydər Əliyev parkı salınacaq

Siyasət Materials 30 Noyabr 2017 15:43 (UTC +04:00)
“Ekologiya ili” çərçivəsində Çeçenistanın Qroznı şəhərində iki park salınacaq.
Qroznıda Heydər Əliyev parkı salınacaq

Bakı. Trend:

Rusiyada 2017-ci ilin sonunadək “Ekologiya ili” çərçivəsində Çeçenistanın Qroznı şəhərində iki park salınacaq.

Trend-in "Ekologiya ili"nin saytına istinadən verdiyi məlumata görə, parklardan biri Azərbaycanın mərhum Prezidenti, ümummilli lider Heydər Əliyevin adını daşıyacaq.

10 min kvadratmetrlik ərazidə salınacaq parkda Heydər Əliyevin abidəsi ucaldılacaq və iki Qız Qalası maketi quraşdırılacaq.

İkinci park isə İordaniya Kralı II Abdullahın şərəfinə adlandırılacaq.

Qroznı şəhər meriyası hər iki parkın bu ilin sonunadək sakinlərin istifadəsinə veriləcəyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti