...

Siyavuş Novruzov: Bu, həm Ermənistanın, həm də onlara şərait yaradanların ikiüzlülüyüdür

Siyasət Materials 1 Dekabr 2017 14:16 (UTC +04:00)
Yeni hazırlanan qanundan da görünür ki, Azərbaycan Ordusu Cənubu Qafqazın ən güclü ordusuna çevrilib.
Siyavuş Novruzov: Bu, həm Ermənistanın, həm də onlara şərait yaradanların ikiüzlülüyüdür

Bakı. Elçin Mehdiyev – Trend:

Yeni hazırlanan qanundan da görünür ki, Azərbaycan Ordusu Cənubu Qafqazın ən güclü ordusuna çevrilib. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirələri zamanı deyib.

S.Novruzov qeyd edib ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi konseptual baxımdan mükəmməl hazırlanıb: “Layihədə Silahlı Qüvvələrin fəaliyyəti, sosial təminatı və digər məsələlər öz əksini tapıb”.

Deputat bildirib ki, qanunda bütün məsələlərə həssaslıqla toxunulub: “Hazırkı dövrdə bu qanunun hazırlanması və tez bir zamanda qəbuluna ehtiyac var. Bilirsiniz ki, bir neçə gün bundan öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısında yeni silahlı birləşmələrin yaradılması haqqında qərar qəbul edilib. Bildiyiniz kimi, düşmən ölkə Ermənistan da bu müqavilənin üzvüdür. Ermənistan bir tərəfdən Avropa İttifaqı, digər tərəfdən də KTMT-də qoşun növlərinə qoşulur. Bu, həm Ermənistanın, həm də onlara şərait yaradanların ikiüzlülüyünü göstərir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda Silahlı Qüvvələrlə bağlı qanunun qəbul edilməsi vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti