...

Deputat: Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi Azərbaycanın uğurudur

Siyasət Materials 4 Dekabr 2017 13:23 (UTC +04:00)
Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti postuna seçilməsi bütövlükdə Azərbaycanın uğurudur.
Deputat: Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi Azərbaycanın uğurudur

Bakı. Trend:

Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti postuna seçilməsi bütövlükdə Azərbaycanın uğurudur.

Bunu Trend-ə Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov deyib.

Millət vəkili bildirib ki, bu, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurudur: "Bu, Azərbaycan gəncinin və ölkə idmanının uğurudur. Bu, Azərbaycanın inkişafının göstəricisidir. Bu, Azərbaycanın idmana olan yüksək münasibətidir və ölkəmizin idman siyasətinə verilən qiymətdir”.

Komitə sədri bildirib ki, ayrı-ayrı ölkələrin gimnastika federasiyalarının rəhbərlərinin F.Qayıbov və Azərbaycanda gimnastikanın inkişafı ilə bağlı səsləndirdikləri fikirlər çox qururvericidir: “Qısa müddət ərzində bu sahədə əldə edilən uğurlarda Fərid Qayıbovun da böyük əməyi var. Azərbaycan Gimnastika Federasiyası ardıcıl və düşünülmüş şəkildə fəaliyyət göstərir. Heç şübhəsiz ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu federasiyaya rəhbərlik etməsi öz sözünü deyir. Bu gün yalnız ölkəmizdə deyil, dünya səviyyəsində Azərbaycan Gimnastika Federasiyası nümunə kimi göstərilir. Bu, bizi sevindirir, qürurlandırır. Bu münasibətlə Fərid Qayıbovu, bütün Azərbaycanı, idman ictimaiyyətini, gimnastlarımızı Milli Məclisin Gənclər və İdman Komitəsi adından təbrik edirik”.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi F.Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti