...

Kollegiya sədri: Rəyasət Heyəti vəkilliyə qəbulda keçid balının aşağı salınması qərarına gəlsə, etiraz etməyəcəyik

Siyasət Materials 8 Dekabr 2017 11:44 (UTC +04:00)
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni sədri Anar Bağırov vəkilliyə qəbulda keçid balının aşağı salınmasının tərəfdarı deyil.
Kollegiya sədri: Rəyasət Heyəti vəkilliyə qəbulda keçid balının aşağı salınması qərarına gəlsə, etiraz etməyəcəyik

Bakı. Elçin Mehdiyev – Trend:

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni sədri Anar Bağırov vəkilliyə qəbulda keçid balının aşağı salınmasının tərəfdarı deyil.

Trend-in məlumatına görə, A.Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, vəkillər yüksək biliyə sahib olmalıdır ki, vətəndaşların hüquqlarını yaxşı müdafiə edə bilsinlər:

“Müdafiəçi kimi çıxış edən vəkil yüksək bilik və bacarığa malik olmalıdır. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin keçid balının aşağı salınması barədə qərara gəlsə, biz etiraz etməyəcəyik".

A.Bağırov həmçinin, vəkilliyə qəbulla bağlı iş stajının aşağı salınmasının vacibliyini qeyd edib.

O bildirib ki, vəkilliyə qəbul üçün 3 il əmək stajı tələb olunduğuna görə, vəkilliyə əvvəllər istefaya gedən hüquqşünaslar, bu və digər səbəbdən vəzifədən çıxanlar üz tutur: “Biz ali məktəbi bitirən savadlı gənc hüquqşünasların vəkilliyə üz tutmasını istəyirik. Ona görə də iş stajının aşağı salınması vacib məsələdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti