...

Meksikada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Siyasət Materials 28 Dekabr 2017 11:10 (UTC +04:00)
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü Meksikada qeyd olunub.
Meksikada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Bakı. Trend:

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü Meksikada qeyd olunub.

Bu barədə Trend-ə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Azərbaycan icmasının üzvləri iştirak etdiyi bu tədbirdə səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək 1991-ci ildə bütün Azərbaycanlılar üçün əziz olan bu günün ümummilli lider Heydər Əliyev tərəfindən elan edildiyindən sonra hər il dünyanın müxtəlif ölkələrində qeyd olunduğu, bütün həmvətənlilərimiz üçün birlik rəmzinə çevrildiyini deyib. Azərbaycan haqqında, o cümlədən Ermənistanın ölkəmizə qarşı təcavüzü barədə həqiqətləri dünyaya çatdırmaqda Azərbaycanın xaricdəki diasporlarının üzərinə böyük rolun düşdüyünü qeyd edib. O, Azərbaycan rəhbərliyinin müdrik və ardıcıl siyasəti nəticəsində Vətənimizin gündən-günə qüdrətləndiyi, beynəlxalq arenada nüfuzunun artdığını qeyd edərək, bunun xaricdə yaşayan həmvətənlərimiz üçün qürur mənbəyi olduğunu deyib.

Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri, “Əməkdar elm xadimi”, professor Natiq Atakişiyev çıxış edərək, dünyada Azərbaycan diasporlarının inkişaf etdiyi və daha da fəallaşdığını qeyd edərək, bunun ilk növbədə bu sahəyə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısının nəticəsi olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti