...

Yeni sədr: Dağlıq Qarabağ münaqişəsinin qətiyyətli həlli üçün Minsk qrupunu dəstəkləməyə davam edəcəyik (YENİLƏNİB)

Siyasət Materials 11 Yanvar 2018 13:42 (UTC +04:00)
İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qətiyyətli həlli üçün ATƏT-in Minsk qrupunun işini dəstəkləməyə davam edəcək.
Yeni sədr: Dağlıq Qarabağ münaqişəsinin qətiyyətli həlli üçün Minsk qrupunu dəstəkləməyə davam edəcəyik (YENİLƏNİB)

Bakı. Nigar Quliyeva - Trend:

İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qətiyyətli həlli üçün ATƏT-in Minsk qrupunun işini dəstəkləməyə davam edəcək.

Trend-in məlumatına görə, bunu ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfano yanvarın 11-də Vyana şəhərində keçirilən ATƏT-in Daimi Şurasında deyib.

ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb ki, bütün həll olunmamış münaqişələrə diqqətimiz yüksək və dəyişməz olaraq qalacaq: "İtaliya 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur ki, bu, əsas prinsiplərdən biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti