...

İsrailin Azərbaycandakı səfirinin müavini TREND İnformasiya Agentliyində olub (FOTO)

Siyasət Materials 24 Yanvar 2018 12:36 (UTC +04:00)
Ötən həftə TREND İnformasiya Agentliyində İsrailin Azərbaycandakı səfirinin müavini Avital Rozenberqlə görüş keçirilib.
İsrailin Azərbaycandakı səfirinin müavini TREND İnformasiya Agentliyində olub (FOTO)

Bakı. Trend:

Ötən həftə TREND İnformasiya Agentliyində İsrailin Azərbaycandakı səfirinin müavini Avital Rozenberqlə görüş keçirilib.

A.Rozenberq agentliyin işi ilə tanış olub və kollektivlə görüş zamanı TREND-lə əməkdaşlığı yüksək qiymətləndirib:

“Biz TREND-i təkcə yerli səviyyədə yox, həm də beynəlxalq səviyyədə etibarlı informasiya mənbəyi hesab edirik. Agentliyin xəbərləri operativliyi, qərəzsizliyi və geniş əhatə dairəsi ilə fərqlənir. Burada dövlətlərin və şirkətlərin yüksək vəzifəli şəxsləri ilə, aparıcı ekspertlərlə müsahibələr dərc olunur və onların fikirlərini və bəyanatlarını oxumaq maraqlı olur”.

O qeyd edib ki, aparıcı beynəlxalq xəbər portalları da TREND-ə istinad edir ki, bu da agentliyin saytında dərc olunan xəbərlərin etibarlılığını nümayiş etdirir.

TREND rəhbərliyi ilə görüş zamanı regional və qlobal səviyyələrdə əməkdaşlıq, KİV-in inkişafı məsələləri müzakirə olunub.

A.Rozenberq həmçinin, gələcəkdə əməkdaşlığın genişlənməsinə ümid etdiyini bildirib və agentliyin gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti