...

Azərbaycan ATƏT PA ilə siyasi dialoqu yüksək qiymətləndirir (YENİLƏNİB)

Siyasət Materials 29 Yanvar 2018 16:30 (UTC +04:00)
Azərbaycan ATƏT PA ilə siyasi dialoqu yüksək qiymətləndirir.
Azərbaycan ATƏT PA ilə siyasi dialoqu yüksək qiymətləndirir (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan ATƏT Parlament Assambleyası ilə siyasi dialoqu yüksək qiymətləndirir.

Trend-in məlumatına görə, bu barədə bir müddət əvvəl Vyanada qurumun Daimi Şurasında ATƏT PA-nın prezidenti Georgi Sereteli tərəfindən səsləndirilən şərhə cavab olaraq Azərbaycanın ATƏT-dəki missiyasının bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, son illərdə tərəflər arasında siyasi dialoqun və fikir mübadiləsinin aparılmasında tərəqqi əldə olunub:

“Bu cür dialoq və qarşılıqlı anlaşmanın bir çox vacib məsələlər üzrə dəstəklənməsi regionumuzda etimad və təhlükəsizliyin möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir”.

Bəyanatda bildirilir ki, ATƏT regionundakı bütün münaqişələr hələ də sülh və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır:

“Ona görə də biz ATƏT PA-nın bu məsələlərin daha tez həlli üçün onları öz gündəliyində saxlamasını çox vacib hesab edirik. Son illərdə ATƏT PA öz qətnamələrində münaqişələrin həlli üçün bir daha üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsaslandığını vurğulayıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti