...

Parlamentin Hesablayıcı və İntizam Komissiyaları yenidən təşkil edilir

Siyasət Materials 1 Fevral 2018 12:18 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hesablayıcı və İntizam Komissiyalarının yenidən təşkil edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Parlamentin Hesablayıcı və İntizam Komissiyaları yenidən təşkil edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hesablayıcı və İntizam Komissiyalarının yenidən təşkil edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, İntizam Komissiyasının tərkibinə deputat Ağacan Əbiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxildir.

Parlamentin Hesablayıcı Komissiyasının tərkibi isə belədir - Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti