...

Lavrov: Tərəflər ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı konkret parametrləri razılaşdırmağa yaxındır (YENİLƏNİB)

Siyasət Materials 1 Fevral 2018 15:40 (UTC +04:00)
ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə aktiv fəaliyyətini davam etdirəcək
Lavrov: Tərəflər ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı konkret parametrləri razılaşdırmağa yaxındır (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:18-də yayılıb)

Bakı. Trend:

ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə aktiv fəaliyyətini davam etdirəcək.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov italiyalı həmkarı Ancelino Alfano ilə birgə mətbuat konfransında deyib.

İtaliyanın xarici işlər naziri A.Alfano isə bildirib ki, ATƏT həlli uzanmış münaqişələrin nizamlanması üçün istənilən şəraitin yaradılmasına kömək etmək niyyətindədir.

Qarşıdurma xəttində ATƏT müşahidəçilərinin sayının artırılması imkanından danışan S.Lavrov qeyd edib ki, tərəflər bu məsələ ilə bağlı konkret parametrlərin razılaşdırılmasına yaxındır:

“2016-cı ilin aprelində qarşıdurma xəttində baş verən hadisələrdən sonra Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş görüşlərdə etimadın möhkəmləndirilməsi üçün konkret addım qismində qarşıdurma xəttinə əlavə ATƏT müşahidəçilərinin cəlb edilməsi barədə razılaşma əldə olundu. Həmin dövrdən bu iş aparılır”.

Xəbər lenti

Xəbər lenti