...

Azərbaycan və Səudiyyə Ərəbistanı cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq edəcək

Siyasət Materials 20 Fevral 2018 18:40 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Səudiyyə Ərəbistanı cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq barədə protokol imzalayıb.

Trend-in məlumatına görə, sənədi Azərbaycanın daxili işlər naziri Ramil Usubov və onun səudiyyəli həmkarı Məhəmməd ibn Naif ibn Əbdüləziz əl Səud imzalayıb.

İmzalanma mərasimi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda tərəflər arasında rəsmi danışıqlardan sonra baş tutub.

Görüş zamanı əməkdaşlığın Azərbaycan və Səudiyyə Ərəbistanının təhlükəsizlik xidmətləri arasında genişləndirilməsi perspektivləri də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti