...

Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları ödəniş əsasında veriləcək

Siyasət Materials 20 Fevral 2018 19:46 (UTC +04:00)
Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları ödəniş əsasında veriləcək

Bakı. Trend:

Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 5.1-1-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

“Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti