Bakı. Nigar Quliyeva - Trend:
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏP) Parlament Assambleyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
Bu barədə Trend-ə QDİƏT PA-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası ölkəyə müşahidə missiyası göndərəcək.
Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.