...

Rusiya XİN Azərbaycanda səfirinin təyinatı barədə

Siyasət Materials 2 Mart 2018 15:31 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Rusiya ilə Azərbaycan arasında əlaqələr davam edir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Azərbaycanda səfirin təyin olunması ilə bağlı suala cavab verərkən deyib.

O vurğulayıb ki, Bakıdakı səfirlik öz işini davam etdirir: “Azərbaycanla münasibətlərimiz inkişaf edir, iş aparılır. Moskvada azərbaycanlı həmkarlarımızla əlaqələr davam edir”.

M.Zaxarova qeyd edib ki, səfirin rotasiyası prosesi gedir.

O əlavə edib: "Bu, Azərbaycandan olan həmkarlarımızla əlaqələrimizə və münasibətlərimizə təsir etməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti