...

Azərbaycanda səsvermə hüququ olanların 50 faizi qadındır, ən yaşlı seçicinin 124 yaşı var (YENİLƏNİB)

Siyasət Materials 2 Mart 2018 16:18 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda 5 milyon 309 min 434 səsvermə hüququ olan şəxsdən 50.78 faizi qadınlar, 49.22 faizi isə kişilərdir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda mövcud olan daimi seçki məntəqələrinin ümumi sayı 5641-dir, 5 günlük yaradılan, yəni müvəqqəti məntəqələr bura daxil deyil.

M.Pənahov qeyd edib ki, Azərbaycanda 337 min 870 məcburi köçkün seçici var:

"Ən yaşlı seçici Bərdə rayonunun 94 saylı dairəsində səs verəcək 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqədir. Ən yaşlı kişi seçici isə Biləsuvar rayonunda 66 saylı dairədə səs verəcək 1900-cü il təvəllüdlü Qurbanov Səftərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti