...

Türkiyə müdafiə nazirinin müavini Azərbaycana gəlir

Siyasət Materials 8 Mart 2018 11:42 (UTC +04:00)
Türkiyə müdafiə nazirinin müavini Azərbaycana gəlir.
Türkiyə müdafiə nazirinin müavini Azərbaycana gəlir

Bakı. Trend:

Türkiyə müdafiə nazirinin müavini Şuay Alpay Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, Ş.Alpayın səfəri Bakıda 5 ölkənin deputatları arasında keçiriləcək beynəlxalq futbol turniri ilə bağlıdır.

Nazir müavininin Azərbaycanda 3 gün səfərdə olacağı və Türkiyəni təmsil edəcək komandada futbol yarışına qatılacağı bildirilir.

Qeyd edək ki, martın 9-11-də Bakıda Milli Məclisin Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunmuş futbol turniri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti