...

Paraqvayın sabiq prezidenti: Azərbaycan bütün tarixi boyunca qeyri-adi inkişaf yolu qət edib

Siyasət Materials 18 Mart 2018 19:30 (UTC +04:00)
"Azərbaycan bütün tarixi boyunca qeyri-adi inkişaf yolu qət edib və dünyanın inkişaf və birgəyaşayış təcrübəsinə öz töhfəsini verməkdə davam edir".
Paraqvayın sabiq prezidenti: Azərbaycan bütün tarixi boyunca qeyri-adi inkişaf yolu qət edib

Bakı. Əli Mustafayev - Trend:

Azərbaycan bütün tarixi boyunca qeyri-adi inkişaf yolu qət edib və dünyanın inkişaf və birgəyaşayış təcrübəsinə öz töhfəsini verməkdə davam edir.

Bunu Trend-ə Paraqvayın sabiq prezidenti Fernando Luqo deyib.

O bildirib ki, ölkələrin dünyada prioritet olan sahələrdəki nailiyyətlərinə diqqət verir:

“Enerji hər zaman dünya iqtisadiyyatında prioritet rol oynayıb və bu sahənin inkişafı gələcəkdə də qaçılmaz olacaq. Azərbaycan nəhəng enerji ehtiyatları sahib bir ölkədir və bu ehtiyatların istifadəsində Azərbaycanı digər ölkələrə nümunə göstərmək olar”.

Regional siyasət barədə danışan sabiq prezident vurğulayıb ki, Azərbaycan öz regionunun inkişafında geniş rol oynayır və onun iqtisadi potensialını genişləndirir, eləcə də sülh və tolerantlıq prinsiplərini dəstəkləyir.

F.Luqo həmçinin yaxın gələcəkdə Azərbaycanla Paraqvay arasında əməkdaşlığın fəallaşacağına ümid etdiyini bildirib:

“Ölkələri ayıran böyük məsafəyə baxmayaraq mən aramızda inkişaf edən əməkdaşlığı, xüsusilə də Azərbaycanın uğurlar əldə etdiyi innovativ texnologiyalar və idarəetmənin inkişafında təcrübə paylaşması sahəsində əməkdaşlığı görmək istərdim”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti