...

Deputat: Azərbaycan Bakı Qlobal Forumu kimi böyük tədbirlərə ev sahibliyi etməklə dünyada etibarlı tərəfdaş imici formalaşdırıb

Siyasət Materials 18 Mart 2018 16:46 (UTC +04:00)
Bakı Qlobal Forumu kimi böyük bir tədbirin keçirilməsi Azərbaycanın dünyada siyasi nüfuzunun və iqtisadi potensialının göstəricisidir.
Deputat: Azərbaycan Bakı Qlobal Forumu kimi böyük tədbirlərə ev sahibliyi etməklə dünyada etibarlı tərəfdaş imici formalaşdırıb

Bakı. Elçin Mehdiyev – Trend:

Bakı Qlobal Forumu kimi böyük bir tədbirin keçirilməsi Azərbaycanın dünyada siyasi nüfuzunun və iqtisadi potensialının göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycan kiçik ölkə olsa da, böyük işlər görür və özü Ermənistan tərəfindən işğala məruz qalsa belə dünyada sülhün və sabitliyin təmin olunmasına mühüm töhfələr verir.

A.Hüseynov vurğulayıb ki, dünyada mürəkkəb siyasi vəziyyət hökm sürdüyü bir zamanda belə bir forumun Azərbaycanda keçirilməsi və forumda bir sıra dövlət və hökumət başçılarının, nazirlərin, dünyanın nüfuzlu ictimai-siyasi xadimlərinin iştirak etməsi ölkəmiz üçün böyük siyasi dividenddir:

"Bu tədbirin Azərbaycanda keçirilməsi sübut etdi ki, ölkəmiz demokratik prinsiplərə söykənən, sivil, mültikulturalizmin ən böyük inkişaf etdiyi, tolerantlığın mövcud olduğu bir məkandır. Eyni zamanda Azərbaycan bu cür forumlara ev sahibliyi etməklə öz haqq səsini, ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır".

A.Hüseynov hesab edir ki, bu cür forumlar ölkəmizə siyasi dividentlərlə yanaşı iqtisadi dividentlər də gətirir: "Bu insanlar forumda iştirak etməklə, həm də ölkəmizin iqtisadi potensialı, investisiya mühiti haqqında məlumat əldə edirlər, Azərbaycanın siyasi baxımdan sabit bir ölkə olduğunu görürlər və təbii ki, dünyadakı investorlar da bu cür forumlar sayəsində Azərbaycanı daha yaxından tanıyırlar. Bu baxımdan gələcəkdə bu forum Azərbaycanın iqtisadi inkişafına da bir təkan verəcək. Artıq Azərbaycan bu cür forumlara ev sahibliyi etməklə dünyada etibarlı tərəfdaş imici formalaşdırıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti