...

Azərbaycanın Fransadakı səfirliyində seçki məntəqəsi yaradılıb

Siyasət Materials 19 Mart 2018 04:27 (UTC +04:00)
Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Respublikasının Fransa Respublikasındakı səfirliyində seçki məntəqəsi yaradılıb.
Azərbaycanın Fransadakı səfirliyində seçki məntəqəsi yaradılıb

Bakı. Trend:

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Respublikasının Fransa Respublikasındakı səfirliyində seçki məntəqəsi yaradılıb. Bu barədə sechki-2018.az saytına Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

Açıqlamada bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 4.12.-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2.3.-cü maddəsinin tələblərini rəhbər tutaraq, konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olaraq bu ölkədə səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının həyata keçirilməsində köməklik göstəriləcək.

Məlumatda qeyd edilir ki, səfirlik konsulluq qeydiyyatında olan 18 yaşına çatmış 320 nəfər Azərbaycan Respublikası vətəndaşının – aktiv seçki hüququna malik seçicilərin siyahısını XİN vasitəsilə Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti