...

MSK sədrindən prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı debatlarına münasibət

Siyasət Materials 28 Mart 2018 13:08 (UTC +04:00)
"İctimai Televiziya və Radio Yayımları Şirkətində prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı debatları normal aparılır və hər hansı bir xoşagəlməz hal baş verməyib".
MSK sədrindən prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı debatlarına münasibət

Bakı. Elçin Mehdiyev – Trend:

İctimai Televiziya və Radio Yayımları Şirkətində prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı debatları normal aparılır və hər hansı bir xoşagəlməz hal baş verməyib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK qeyd edib ki, müəyyən edilən mövzulardan kənar çıxışların olması da normaldır: “Təşviqat kampaniyası heç bir ölkədə ideal ola bilməz. Seçki prosesi böyük bir prosesdir və hər hansı halların olması normaldır. ”Hər şey çox yaxşıdır” demək istəmirəm. Çünki sonra arxayınlaşarlar. Ümumilikdə isə, namizədlərin seçkiqabağı təşviqatı normal şəkildə aparılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti