...

Prezident İlham Əliyev: Seçkilər ədalətli və şəffaf olacaq, Azərbaycan xalqının iradəsini əks etdirəcək (YENİLƏNİB)

Siyasət Materials 30 Mart 2018 09:54 (UTC +04:00)
Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbərini qəbul edib.
Prezident İlham Əliyev: Seçkilər ədalətli və şəffaf olacaq, Azərbaycan xalqının iradəsini əks etdirəcək (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev martın 30-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonkeri qəbul edib.

Söhbət zamanı Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti