...

Azərbaycan Prezidenti Gəncə Avtomobil Zavodunun əməkdaşlarını "Tərəqqi" medalı ilə təltif edib

Siyasət Materials 3 Aprel 2018 18:33 (UTC +04:00)
Prezident İlham Əliyev “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Gəncə Avtomobil Zavodunun əməkdaşlarını "Tərəqqi" medalı ilə təltif edib

Bakı. Trend:

Prezident İlham Əliyev “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda avtomobil sənayesinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

İsgəndərov Hümbət Rafiq oğlu
Qasımov Etibar Vilayət oğlu
Məmmədov Füzuli Ziyad oğlu
Səfərov Bəhlul Novruz oğlu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti