...

Elmar Məmmədyarov Çadın xarici işlər və Afrika inteqrasiyası naziri ilə görüşüb

Siyasət Materials 6 Aprel 2018 12:32 (UTC +04:00)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatı xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Çadın xarici işlər və Afrika inteqrasiyası naziri Mahamat Zene Cherifi qəbul edib.

Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, çadlı nazir ölkəmizdə olmasından məmnunluğunu və Qoşulmama hərəkatı xarici işlər nazirlərinin iclasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən Çadda bir sıra layihələrin həyata keçirildiyini bildirən tərəflər ikitərəfli münasibətlərin inkişafı məqsədilə müqavilə-hüquq bazasının yaradılmasının əhəmiyyətini qeyd ediblər.

Görüş zamanı həmçinin elm, təhsil və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları məsələləri nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti