...

Azərbaycanda prezident seçkilərində səsvermə başladı (FOTO)

Siyasət Materials 11 Aprel 2018 08:00 (UTC +04:00)
Bu gün Azərbaycanda prezident seçkilərində səsvermə başlayıb
Azərbaycanda prezident seçkilərində səsvermə başladı (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycanda prezident seçkilərində səsvermə başlayıb.

Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərini açıq elan edib.

O bildirib ki, prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının (MSK) saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da məlumat veriləcək.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti