...

Almatıda yaşayan Azərbaycan vətəndaşları prezident seçkilərində səs verirlər

Siyasət Materials 11 Aprel 2018 12:58 (UTC +04:00)
Aprelin 11-də yerli vaxtla səhər 8:00-da Qazaxıstanın Almatı şəhərində 17 saylı Yasamal rayonu III seçki dairəsi 56 saylı seçki məntəqəsində Azərbaycan Respublikası prezidentinin seçkilərinə start verilib.
Almatıda yaşayan Azərbaycan vətəndaşları prezident seçkilərində səs verirlər

Bakı. Trend:

Aprelin 11-də yerli vaxtla səhər 8:00-da Qazaxıstanın Almatı şəhərində 17 saylı Yasamal rayonu III seçki dairəsi 56 saylı seçki məntəqəsində Azərbaycan Respublikası prezidentinin seçkilərinə start verilib.

Trend-in AZƏRTAC-a istinadən məlumatına görə, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə uyğun aparılır. Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib.

Ölkəmizin Qazaxıstandakı nümayəndəliyində qeydiyyatında olan 459-a yaxın Azərbaycan vətəndaşı seçkilər barədə məlumatlandırılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti