...

Şahmar Mövsümov: Seçkilər həmişə olduğu kimi yüksək səviyyədə təşkil olunub

Siyasət Materials 11 Aprel 2018 13:05 (UTC +04:00)
Azərbaycanda seçkilər həmişə olduğu kimi yüksək səviyyədə təşkil olunub.
Şahmar Mövsümov: Seçkilər həmişə olduğu kimi yüksək səviyyədə təşkil olunub

Bakı. İlkin İzzət - Trend:

Azərbaycanda seçkilər həmişə olduğu kimi yüksək səviyyədə təşkil olunub.

Bunu Trend-ə 29 saylı Səbail Secki Dairəsinin 5 saylı seçki məntəqəsində səs verən Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov prezident seçkilərində seçicilərin fəal iştirakını qeyd edib:

"Hazırda hər kəs seçki məntəqələrinə gələrək azad, sərbəst şəkildə səs verə bilir".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti