...

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edilib

Siyasət Materials 23 Aprel 2018 19:19 (UTC +04:00)
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edilib

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Səfər Məmməd oğlu Mehdiyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, S.Mehdiyev bundan əvvəl Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti