...

Fərəh Əliyeva Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib

Siyasət Materials 11 May 2018 18:08 (UTC +04:00)
Fərəh Əliyeva Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.
Fərəh Əliyeva Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Bu sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti