...

Hindistanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd edilib (FOTO)

Siyasət Materials 23 May 2018 16:56 (UTC +04:00)
Azərbaycanın Hindistandakı səfirliyi 28 May - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə Dehlidə rəsmi qəbul təşkil edib.
Hindistanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Hindistandakı səfirliyi 28 May - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə Dehlidə rəsmi qəbul təşkil edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə rəsmi qonaq qismində Hindistanın xarici işlər üzrə dövlət naziri M.C.Əkbər, Hindistan rəsmiləri, parlament üzvləri, diplomatik korpus, işgüzar dairələrin yüksək nümayəndələri, mədəniyyət, ictimai xadimlər və KİV nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən Azərbaycan səfirliyinin nümayəndəsi qonaqları salamlayıb, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından danışaraq, onun müsəlman dünyasında ilk dünyəvi və demokratik ölkə olduğunu qeyd edib. O, həmçinin, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yolunu, ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində dövlətçilik əsaslarımızın möhkəmləndirildiyini, ulu öndərin siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin regionun aparıcı dövlətinə çevrildiyini qeyd edib və qədim tarixi köklərə malik Azərbaycan-Hindistan münasibətləri haqqında qonaqları məlumatlandırıb.

Tədbirdə Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkəmizdə keçirilmiş beynəlxalq əhəmiyyətli tədbirlər haqda video çarxlar nümayiş etdirilib, Qara Qarayevin 100 illiyi ilə əlaqədar bəstəkarın əsərlərindən parçalar səsləndirilib.

Mərasimin sonunda iştirakçılara Azərbaycan haqqında nəşrlər paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti