...

ABŞ Konqresində AXC-ın yaranmasının 100 illik yubileyi münasibətilə növbəti bəyanat verilib

Siyasət Materials 26 May 2018 08:08 (UTC +04:00)
ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə növbəti bəyanat verilib
ABŞ Konqresində AXC-ın yaranmasının 100 illik yubileyi münasibətilə növbəti bəyanat verilib

Bakı. Trend:

ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə növbəti bəyanat verilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Stiv Şabot (Respublikaçı – Ohayo) 24 may 2018-ci il tarixli iclasda bəyanatla çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə öz təbliklərini çatdırıb.

Bəyanatda bildirilir ki, 28 may 1918-ci il tarixində Azərbaycan Respublikası öz müstəqilliyini elan edib. Bolşeviklərin Azərbaycanı işğalı və ölkənin sonradan Sovet İttifaqına birləşdirilməsi ilə bu müstəqilliyin qısa müddət davam etməsinin faciə olduğu qeyd edilir. Buna baxmayaraq, Azərbaycan xalqının Sovet işğalından azad olmaq arzusunu heç zaman itirmədiyi, SSRİ-nin dağılması ilə, Azərbaycanın bir daha 1991-ci ildə öz müstəqilliyini elan etdiyi vurğulanır. ABŞ-ın hər iki dövrdə Azərbaycanın müstəqilliyini tanıdığı bəyanatda bildirilir.

Azərbaycanın 2002-ci ildə NATO-nun Əfqanıstan əməliyyatlarına qətiyyətli dəstək verməklə, ABŞ-ın əsas təhlükəsizlik tərəfdaşı olduğunu sübut etdiyi qeyd olunur. Azərbaycanın ABŞ-ın yaxın müttəfiqi olan İsrail ilə 25 ildən çox müddət ərzində diplomatik münasibətlərə malik olduğu, Azərbaycanda firavanlıq içində yəhudi icmasının yaşadığı diqqətə çatdırılır.

Azərbaycanın enerji sektorunda lider ölkə olduğu, Avropada ABŞ müttəfiqləri üçün Xəzər Dənizindən təbii qazı daşıyacaq Cənub Qaz Dəhlizini irəlilətdiyi və enerji təchizatının bu diversifikasiyasının Avropanın Rusiyadan olan asılılığını azaldacağı bəyanatda qeyd olunur. Bununla yanaşı, Azərbaycanın İsrailin enerji idxalının 40 faizini təmin etdiyi vurğulanır.

Bəyanatın sonunda, Azərbaycanın ABŞ-ın əsl dostu olduğu bildirilir və Azərbaycan Respublikası müstəqilliyinin 100 illik yubileyi münasibətilə tərənnüm edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti