...

Paraqvay prezidenti istefa etdi

Siyasət Materials 28 May 2018 20:22 (UTC +04:00)
Paraqvay prezidenti Orasio Kortes bazar ertəsi günü Milli konqresin sədri adına istefa ərizəsi verdi.
Paraqvay prezidenti istefa etdi

Bakı. Trend:

Paraqvay prezidenti Orasio Kortes, bazar ertəsi günü Milli konqresin sədri adına istefa ərizəsi verdi. Bu addımı Kortes senator olmaq üçün etdiyi haqda sosial şəbəkələrdə söylədi.

"Mən Paraqvay Respublikasının prezidenti vəzifəsindən istefa edirəm. Ölkəmə xidmət etməyi senatda davam edəcəm. Mən xalqın səsvermə zamanı ifadə etdiyi istəyi yerinə yetirirəm. Tanrı Paraqvayı gorusun" - Kortes öz Twitter microblogunda yazdı.

Kortes, 2013-ci ilin avqust ayından Paraqvayın prezidenti vəzifəsini tuturdu. Cari ilin avqust ayında o prezident kürsüsünü istənilən halda tərk edəcəkdir. Xatırladaq ki, aprel ayında səsvermə zamanı yeni prezident hakim partiyadan olan Mario Abdo Benites seçilmişdir. Abdo 1954-1989-cu illərdə ölkəni idarə edən Paraqvayın sonuncu diktatoru Alfredo Stesnerin oğludur. Yeni prezident avqustun 15-i vəzifəsinin icrasına başlayacaq.

Qanuna əsasən, Kortesin istefasından sonra parlamentin təsdiq edəcəyi təqdirdə avqusta qədər prezident səlahiyyətlərini ölkənin hazırki vitse-prezidenti Alisiya Puçeta icra edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti