...

Pərviz Şahbazov: Azərbaycan neft bazarının sabitləşdirilməsi prosesinin mühüm iştirakçısına çevrilib (YENİLƏNİB)

Siyasət Materials 30 May 2018 09:41 (UTC +04:00)
Azərbaycan neft bazarının sabitləşdirilməsi prosesinin mühüm iştirakçısına çevrilib.
Pərviz Şahbazov: Azərbaycan neft bazarının sabitləşdirilməsi prosesinin mühüm iştirakçısına çevrilib (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan neft bazarının sabitləşdirilməsi prosesinin mühüm iştirakçısına çevrilib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən 25-ci "Xəzər Neft və Qaz" beynəlxalq konfransı çərçivəsində deyib.

Nazir qeyd edib ki, bu əməkdaşlıq prosesi Azərbaycanın fəal iştirak etdiyi OPEK+ çərçivəsindən çıxır.

“Əməkdaşlıq və korporativ əlaqələr bazarın inkişafının vacib amilinə çevrilib. Bir müddət əvvəl biz neft qiymətlərinin volatilliyini və bazarda qeyri-stabilliyi müşahidə edirdik. Hətta bu, bəzi siyasi qərarlara da təsir edirdi. Amma son zamanlarda bazaraın dayanıqlığı güclənir. Neft bazarının sabitləşməsi üzrə səylər davam etdirilməlidir”.

Nazir əlavə edib ki, bazarın sabitləşməsində iştirak, eləcə də iri layihələrin reallaşdırılması Azərbaycanı dünya enerji ictimaiyyətinin vacib üzvünə çevirdi:

““Azəri-Çıraq-Günəşli” üzrə müqavilənin uzadılması, D230 bloku və Abşeronun dayazsulu hissəsi üzrə yeni sazişin imzalanması ölkənin ehtiyatlarının artırılması üzrə strateji məqsədlərə uyğundur”.

Nazir xatırladıb ki, ötən gün Azərbaycanı enerji geosiyasətində vacib iştirakçıya çevirən “Cənub Qaz Dəhlizi”nin işə salınması mərasimi baş tutub:

“Azərbaycan qazı yeni mənbə təklif edilir, “Cənub Qaz Dəhlizi” isə Avropanın enerji xəritəsini dəyişir. Avropa İttifaqına öz enerji hədəflərinə nail olmaq və təhlükəsizliyi təmin etmək üçün yeni mənbələr və marşrutlar lazımdır. Və “Cənub Qaz Dəhlizi” bu strateji hədəflərə uyğundur. Layihə Avropaya öz enerji təminatını diversifikasiyalaşdırmağa imkan verəcək”.

P.Şahbazov qeyd edib ki, layihədə çoxlu sayda ölkə iştirak edir ki, bu da onun iri miqyasını göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti