...

Baş katib: OPEK Azərbaycanla sıx əməkdaşlığın davam edəcəyinə ümid edir (YENİLƏNİB)

Siyasət Materials 30 May 2018 09:53 (UTC +04:00)
OPEK Azərbaycanla sıx əməkdaşlığın davam edəcəyinə ümid edir.
Baş katib: OPEK Azərbaycanla sıx əməkdaşlığın davam edəcəyinə ümid edir (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov - Trend:

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) Azərbaycanla OPEK+ çərçivəsində sıx əməkdaşlığın davam edəcəyinə ümid edir.

Trend-in məlumatına görə, bunu kartelin baş katibi Məhəmməd Sanusi Barkindo Bakıda keçirilən 25-ci "Xəzər Neft və Qaz" beynəlxalq konfransı çərçivəsində deyib.

Baş katib “Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi” layihələrinin reallaşdırılmasını qeyd edib:

““Cənub Qaz Dəhlizi” regionun enerji landşaftını dəyişir. Onun gələcəkdə genişləndirilməsi Avropanın enerji təhlükəsizliyini gücləndirəcək”.

OPEK baş katibi ümidvar olduğunu bildirib ki, Azərbaycanla sıx əməkdaşlıq gələcəkdə də davam edəcək və genişləndiriləcək:

“Biz bu məsələ üzərində işləyirik. Azərbaycan 16 ay əvvəl imzalanmış və neft hasil edən 24 ölkəni birləşdirmiş hasilatın azaldılması üzrə sazişin əldə olunmasında aparıcı rollardan birini oynayıb. Bu misilsiz tarixi saziş bazarda sabitliyin əldə olunmasına imkan verdi”.

M.Barkindo vurğulayıb ki, dünya iqtisadiyyatının inkişafı üçün OPEK+ çərçivəsində əməkdaşlığı davam etdirmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti