...

Avropa Parlamentinin üzvü: Aİ öz dəstəyini Azərbaycandan əsirgəməməlidir

Siyasət Materials 7 İyun 2018 04:57 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) strateji lakin bir o qədər də təhlükəli geosiyasi mövqedə yerləşən, xüsusən Rusiya və İranla artmaqda olan gərginliyin fonunda öz dəstəyini Azərbaycandan əsirgəməməlidir.

Trend-in məlumatına görə, bunu Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil Azərbaycanın Aİ-nin Rusiya və İranla münasibətlərindən bəhs edən məqaləsində bildirib.

"EurActiv" xəbər portalında dərc olunan məqalədə son zamanlarda həyata keçirilən səfərlərin Azərbaycanla münasibətlərin daha da gücləndirilməsinə təkan verdiyini vurğulayan deputat, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının cari ilin iyun ayında əlaqələndirmə, infrastruktur və enerji məsələləri üzrə Bakıda keçirməyi planlaşdırdığı irimiqyaslı konfrans barədə məlumat verib.

Y.Zahradil bu konfransın Pan-Avropa siyasi partiyası tərəfindən keçiriləcək ilk belə tədbir olacağına diqqət çəkib, sözügedən tədbirin keçirilməsinin ölkəmizin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etməsindən yalnızca bir neçə gün sonraya təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti