...

ABŞ Konqresinin üzvü: Azərbaycanın tərəqqisi və ABŞ-la möhkəm münasibətləri növbəti 100 ildə daha da inkişaf edəcək

Siyasət Materials 13 İyun 2018 07:52 (UTC +04:00)
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Mətyü Gaetz (Florida – Respublikaçı) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar bəyanatla çıxış edib
ABŞ Konqresinin üzvü: Azərbaycanın tərəqqisi və ABŞ-la möhkəm münasibətləri növbəti 100 ildə daha da inkişaf edəcək

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Mətyü Gaetz (Florida – Respublikaçı) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, konqresmen Mətyü Gaetz çıxışının əvvəlində Azərbaycanın müstəqilliyinin 100 illiyinin qeyd olunduğunu diqqətə çatdıraraq, ABŞ-Azərbaycan münasibətlərinin önəm və əhəmiyyətini xüsusi vurğulayıb.

Azərbaycanın tarix boyu Sovet İttifaqı istilasına qarşı olduğu konqresmen tərəfindən bildirilib. Ölkəmizin qadınların seçki hüququnun təmin edilməsi sahəsində ilklərdən olduğu, Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası qurduğu çıxışda qeyd edilib.

Azərbaycanın günbəgün müdafiə, əkskəşfiyyat və terrorçuluq əleyhinə mübarizə sahəsində əməkdaşlıq etdiyi, 11 sentyabr hadisələrindən sonra ABŞ-a təmənnasız dəstək verdiyi diqqətə çatdırılıb.

Konqresmen Gaetz çıxışın sonunda Azərbaycan xalqının tərəqqisinin və ABŞ-la möhkəm münasibətlərinin növbəti 100 ildə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti