...

Wood Mackenzie: TANAP layihəsi dünya səviyyəsində xərclərə qənaət nümunəsidir

Siyasət Materials 13 İyun 2018 16:22 (UTC +04:00)
Transanadolu qaz kəməri (TANAP) layihəsi dünya səviyyəsində xərclərə qənaət nümunəsidir
Wood Mackenzie: TANAP layihəsi dünya səviyyəsində xərclərə qənaət nümunəsidir

Bakı. Ləman Zeynalova – Trend:

Transanadolu qaz kəməri (TANAP) layihəsi dünya səviyyəsində xərclərə qənaət nümunəsidir.

Trend-in məlumatına görə, bunu “Wood Mackenzie” beynəlxalq konsaltinq şirkətinin Xəzər regionu və Avropa üzrə analitiki Alasder Morrison deyib.

O bildirib ki, layihənin büdcəsini 32 faiz azaltmaq mümkün olub:

“Büdcəni ilkin 11,7 milyard dollardan 8 milyard dollaradək azaltmaq mümkün olub. Bu, məhsulların qiymətinin ucuz olduğu müddətdə imzalanan müqavilələr sayəsində mümkün olub. TANAP dünya səviyyəsində xərclərə qənaət nümunəsidir”.

Ekspert əlavə edib ki, TANAP üzrə tərəfdaşları üçün əsas məsələ hər zaman layihənin razılaşdırılmış müddət çərçivəsində reallaşdırılmasını təmin etmək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti