...

Əli Əhmədov: YAP qarşıdakı iki seçki kampaniyasında da öz fəallığını göstərəcək (FOTO)

Siyasət Materials 30 İyun 2018 12:30 (UTC +04:00)
"Güman edirəm ki, YAP kifayət qədər möhkəmlənib, böyük nüfuzlu siyasi təşkilata çevrilib".
Əli Əhmədov: YAP qarşıdakı iki seçki kampaniyasında da öz fəallığını göstərəcək (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

"Güman edirəm ki, YAP kifayət qədər möhkəmlənib, böyük nüfuzlu siyasi təşkilata çevrilib".

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika konfransında deyib.

Ə.Əhmədov bildirib ki, toplantının məqsədi prezident seçkilərindən sonra rayon təşkilatlarının sədrlərini bir araya toplayaraq seçkinin nəticələrini müzakirə etməkdir: "Bir azdan hamı tətilə gedəcək, qarşıdakı dövr üçün bəzi məsələlərlə bağlı tapşırıq vermək üçün bura toplaşmışıq. Rayon və şəhər təşkilatları seçkilərdə yüksək səviyyədə fəaliyyət göstərdiklərinə görə onlara təşəkkür edirik. İlham Əliyev bu fəallığı yüksək qiymətləndirib, onun təşəkkürünü sizə ayrıca çatdırmaq tapşırılıb".

Ə.Əhmədov bildirib ki, dövlət başçısı seçki kampaniyasının yüksək şəkildə təşkilindən məmnunluğunu ifadə edir: "Həqiqətən də ölkəmizdə keçirilən seçki kampaniyası yüksək seçici fəallığı ilə baş tutdu. İnsanlar öz səsini ulu öndər siyasətinin davamına vermiş oldular. Ölkəmiz növbəti illərdə daha da inkişaf edəcək və gücü daha da artacaq".

Ə.Əhmədov qeyd edib ki, bu il ölkəmiz üçün çox önəmli ildir: "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edildi, ondan bir neçə gün sonra hərbi parad keçirildi".

Ə.Əhmədov deyib ki, Azərbaycan yüksələn xətlə inkişaf edir.

YAP-ın sədr müavininin sözlərinə görə, Azərbaycan xalqı bu inkişafın növbəti 7 ildə davam etməsi üçün Prezident İlham Əliyevə səs verdi: "Böyük mərhələni arxada qoyduq. 2019-cu ildə bələdiyyə və 2020-ci ildə parlament seçkiləri keçiriləcək. Qarşıda bizi iki seçki kampaniyası gözləyir ki, bu kampaniyalarda partiya öz fəallığını göstərəcək. YAP seçkilərdə fəallıq nümayiş etdirməklə yanaşı digər dövrlərdə yüksək fəaliyyəti ilə seçilir. YAP-ın cəmiyyətdə nüfuzu gündən-günə artmaqdadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti