...

Zakir Həsənov Gəncədəki təxribatla əlaqədar hərbi hissələrdə mühafizənin gücləndirilməsini tapşırıb

Siyasət Materials 14 İyul 2018 13:43 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gəncə şəhərində törədilən təxribatla əlaqədar hərbi hissələrdə mühafizənin gücləndirilməsini tapşırıb.
Zakir Həsənov Gəncədəki təxribatla əlaqədar hərbi hissələrdə mühafizənin gücləndirilməsini tapşırıb

Bakı. Trend:

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gəncə şəhərində törədilən təxribatla əlaqədar hərbi hissələrdə mühafizənin gücləndirilməsini tapşırıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, xidməti müşavirədə ölkə daxilindəki sabitliyin, sosial-iqtisadi inkişafın və ordu quruculuğu məsələlərinin daim dövlət başçısının nəzarətində olduğunu diqqətə çatdıran nazir Gəncə şəhərində törədilən təxribat nəzərə alınmaqla hərbi hissələrdə mühafizənin gücləndirilməsinin, gündəlik xidməti fəaliyyətin yüksək səviyyədə təşkilinin, xüsusilə də ön xətt bölmələrində sayıqlığın daha da artırılmasının vacibliyini qeyd edib.

Həmçinin Z.Həsənov cəbhədəki mövcud vəziyyəti təhlil edərək döyüş və mənəvi-psixoloji hazırlığın, nizam-intizamın daha da artırılması, hərbi təyinatlı obyektlərin mühafizəsinin gücləndirilməsi, şəxsi heyətin qayğısına və sağlamlığına xüsusi diqqət yetirilməsi, eləcə də düşmən tərəfinin mümkün təxribatlarının qarşısının dərhal alınması məqsədilə müvafiq tədbirlərin görülməsi barədə cavabdeh şəxslərə konkret göstərişlər verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti