...

Elmar Məmmədyarov Nyu-Yorkda ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşüb

Siyasət Materials 25 Sentyabr 2018 20:28 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Avropa və Avrasiya məsələləri üzrə ABŞ Dövlət Katibinin köməkçisi Ves Miçel ilə görüşüb.
Elmar Məmmədyarov Nyu-Yorkda ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Avropa və Avrasiya məsələləri üzrə ABŞ Dövlət Katibinin köməkçisi Ves Miçel ilə görüşüb.

Xarici İşlər Naziliyindən Trend-ə verilən məlumata görə, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti