...

Prezident İlham Əliyev: Həmvətənimizin FIDE-nin vitse-prezidenti vəzifəsinə seçilməsi Azərbaycanda şahmatın inkişafına verilən yüksək qiyməti göstərir (YENİLƏNİB)

Siyasət Materials 4 Oktyabr 2018 16:22 (UTC +04:00)
Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədova təbrik məktubu göndərib.
Prezident İlham Əliyev: Həmvətənimizin FIDE-nin vitse-prezidenti vəzifəsinə seçilməsi Azərbaycanda şahmatın inkişafına verilən yüksək qiyməti göstərir (YENİLƏNİB)

Bakı. Trend:

Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədova təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli Mahir Ələsgəroviç, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Həmvətənimizin belə məsul vəzifəyə seçilməsi Azərbaycanda şahmatın inkişafına və şahmatçılarımızın beynəlxalq miqyasda nailiyyətlərinə verilən yüksək qiyməti bariz şəkildə əks etdirir.

Qarşıdakı işinizdə Sizə uğurlar arzulayıram".

Dövlətimizin başçısı Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçi də təbrik edib.

Məktubda qeyd olunur: "Hörmətli Arkadi Vladimiroviç, Beynəlxalq Şahmat Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Dünyada şahmat ənənələrinin inkişafı naminə bu məsul vəzifədə Sizə uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti